Poroşenko ötənilki gəlirlərini açıqladı - Hesabında milyonlarla dollar var

porosenko-otenilki-gelirlerini-aciqladi
Oxunma sayı: 745

Ukrayna prezidenti Petro Poroşenko 2016-cı ildə gəlirləri barədə deklarasiya təqdim edib. “Qafqazinfo” xəbər verir ki, deklarasiyada prezidentin maaşı 366,342 min qriven (təxminən 13,6 min dollar) olaraq göstərilib. 

Bundan başqa, Poroşenkonun qiymətli kağızlar və korporativ hüquqların özgəninkiləşdirilməsindən əldə olunan gəlirləri 26 min qrivendən (təxminən min dollar) çox edib, bank əmanətlərindən gələn gəliri isə 440 min dollardan çox olub. Prezident, eyni zamanda 60 min dollar və 180 min qriven (6,6 min dollar) nəğd pula sahibdir. 

Poroşenkonun bank hesablarında təxminən 27 milyon dollar, 393 funt strelinq, təxminən 10 min avro və 80,8 min qriven (təxminən 3 min dollar) əmanəti var.  

Prezidentin həyat yoldaşının ötən ilki gəlirləri isə 2,8 min dollar olub.