Ukrayna prezidenti Petro Poroşenko prezidentliyə namizədliyini irəli sürmüş ştatdankənar müşaviri Smeşko İqor Petroviçi vəzifəsindən azad edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Petroviçin vəzifəsindən kənarlaşdırılmasının səbəbi məhz martın 31-də prezident seçkilərinə qatılacağı ilə bağlıdır.
Qeyd edək ki, Smeşko İqor Petroviç 2003-2005-ci illərdə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri olub.
Son xəbərlər
Son Xəbərlər