Mayın 7-də 2014-cü il Maydan hadisələrində həyatını itirən insanlara görə dindirilməli olan Ukraynanın hazırkı prezidenti Petro Poroşenko Baş Prokurorluğa getməyib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğun nümayəndəsi Sergey Qurbatyuk jurnalistlərə açıqlamasında bildirib ki, prezident yenidən dindirilməyə çağrılacaq. Poroşenko növbəti dəfə prokurorluğa gəlməsə, o, cərimələnəcək.
Qeyd edək ki, P. Poroşenko sonuncu dəfə 2016-cı ilin noyabrında Maydan hadisələrinə görə 6 saat sorğu-sual edilib.
Son xəbərlər
Son Xəbərlər