Poroşenko Putinlə danışıq şərtlərini açıqladı

porosenko-putinle-danisiq-sertlerini-aciqladi
Oxunma sayı: 1001

Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli danışıqlara yalnız bir şərtlə razı olduğunu bəyan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o,“kompleks məsələlər”in beynəlxalq tərəfdaşların iştirakı ilə həll olunmasının vacibliyini bildirib.

“İkitərəfli danışıqlar ola bilərmi? Əlbəttə, biz suveren müstəqil dövlətlərik”, - deyə Poroşenko sözlərinə əlavə edib. 

Onun sözlərinə görə, “Ukrayna koalisiyasının qlobal tərəfdaşları” olmadan rəsmi Kiyevin Rusiya ilə münaqişədə mövqeyi zəif ola bilər.