Poroşenko qubernatoru işdən çıxardı

porosenko-qubernatoru-isden-cixardi
Oxunma sayı: 1213

Ukrayna prezidenti Petro Poroşenko Odessa əyalətinin qubernatoru Maksim Stepanovu vəzifəsindən kənarlaşdırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sənəd hökumətin rəsmi saytında dərc olunub.

Poroşenkonun Stepanovun işdən çıxarılması ilə bağlı daha əvvəl göstərişi olsa da, Nazirlər Kabineti prezidentin qərarını bu gün təsdiq edib. Stepanovun yerinə müvəqqəti olaraq Sergey Paraşşenko gətirilib.