Ukrayna dövlət başçısı Petro Poroşenko prezident seçkilərində ATƏT müşahidəçiləri tərkibində olan Rusiya vətəndaşlarının ölkəyə girişinə buraxılmamağına dair Dövlət Sərhəd Xidmətinə əmr verəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “ICTV” telekanalının efirində çıxışı zamanı bildirib.
“Ukrayna xalqına zəmanət verirəm ki, Ali Baş Komandanın əmri icra ediləcək”, - deyə Poroşenko söyləyib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Rusiya daha öncə bəyan edib ki, öz müşahidəçilərini Ukraynadakı seçkilərə göndərməyə hazırdır.
Son xəbərlər
Son Xəbərlər