Ukrayna prezidenti Petro Poroşenko Rusiya məhkəməsi tərəfindən 22 il həbs həyatına məhkum olunan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya görə Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.
“Savçenkonun siyahısı” adlı paket Rusiyanın 84 rəsmi şəxsi və Donbassın nümayəndələrinə şamil olunub.
Siyahıya xüsusilə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, eləcə də Krımın baş prokuroru Natalya Poklonskaya, qondarma Luqansk respublikasının (LNR) rəhbəri İqor Plotniskiy daxil edilib.
Xatırladaq ki, N. Savçenko Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalist İqor Kornelyuk və səs rejissoru Anton Voloşinin ölümü ilə nəticələnən hücumun təşkilində təqsirləndirilir.
Məhkəmə Savçenkonu hər iki jurnalistin qətlində günahkar bilib. O, 22 il müddətinə azadlıqdan məhrum edilib və 30 min rubl dəyərində cərimələnib.
Savçenkonun həbs müddəti saxlanıldığı gündən – 23 iyun 2014-cü ildən hesablanacaq.
Nadejda Savçenko

Son xəbərlər
Son Xəbərlər