“Ukrayna üçün darıxmışam, ilk növbədə oradakı dostlarımla görüşəcəyəm. Siyasətə qayıdacağam, lakin bu dəfə daha ehtiyatlı davranacağam”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib.
Saakaşvili eks-ukraynalı həmkarı Petro Poroşenkonun ona baş nazir olmağı ilə bağlı 3 dəfə təklif etdiyini açıqlayıb: “Mən hər dəfə rədd etmişəm. Vəziyyətlər fərqli ola bilər, amma indi özümü hər hansı vəzifədə görmürəm”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 28-də Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.
Son xəbərlər
Son Xəbərlər