“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Poroşenkonun mətbuat xidməti məlumat yayıb. Ukrayna prezidenti Saakaşvilini şəxsi məsləhətçisi (müşaviri) edib.
77/2015 №-li əmrdə bu barədə belə qeyd edilib: “Petro Poroşenko Gürcüstanın keçmiş prezidentini məsləhətçisi təyin edir (ştatdankənar)”.
Qeyd edək ki, bundan əvvəl yayılan qeyri-rəsmi mənbələrdən Saakaşvilinin Ukraynanın prezident yanında beynəlxalq Müşavirlər Şurasının sədri təyin edilməsi barədə məlumatlar yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər