Poroşenko sabah dindiriləcək

porosenko-sabah-dindirilecek
Oxunma sayı: 1966

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko Baş Prokurorluğa çağırılıb.

“Qafqazinfo”nun “ukranews” portalına istinadən verdiyi xəbərə görə, o, mayın 7-də 2014-cü il Maydan hadisələrində həyatını itirən insanlara görə dindiriləcək.

Baş Prokurorluğun xüsusi araşdırma şöbəsinin müdiri Sergey Qorbatyuk Poroşenkonun sorğuya çağırılması barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, P. Poroşenko sonuncu dəfə 2016-cı ilin noyabrında Maydan hadisələrinə görə 6 saat sorğu-sual edilib.