Xəbər verdiyimiz kimi, Rusiyada 22 il azadlıqdan məhrum edilən ukraynalı pilot Nadejda Savçenko bu gün terrorçuluq fəaliyyətində ittiham edilərək 14 il azadlıqdan məhrum edilən rus məhbuslar - Yevqeni Erofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq vətənində olan Savçenkonu prezident Petro Poroşenko qəbul edərək onu “Qızıl ulduz” medalı ilə təltif edib.
Savçenko millət vəkili səlahiyyətindən istifadə edərək Minsk qrupunun bütün öhdəliklərinə əməl edəcəyini söyləyib.
Poroşenko isə onun azad olunmasında səy göstərən bütün xarici diplomatlara təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər