Ukrayna prezidenti Petra Poroşenkonun qərargah nümayəndəsi Oleq Medvedyev seçki kampaniyasına xərclənən məbləği açıqlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Poroşenko təşviqat kampaniyası üçün indiyədək 2,5 milyon dollar sərf edib.
“Nə qədər xərclənəcəyi ilə bağlı ümumi məbləğ isə hələlik məlum deyil. Zaman göstərəcək”, - deyə Medvedyev əlavə edib. O bildirib ki, Poroşenko kampaniyanı öz vəsaiti hesabına maliyyələşdirir.
Son xəbərlər
Son Xəbərlər