Ukraynanın keçmiş prezidenti Petro Poroşenko prezident seçkiləri zamanı rəsmi Vaşinqtonun ona yetərincə kömək göstərməməsinə görə təəssüflənib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib:
“Poroşenko bizə təəssüfləndiyini bildirdi ki, biz ona lazımi dəstəyi göstərmədik. Bizim cavabımız isə belə oldu: biz insanları seçmirik, prinsipləri və siyasəti dəstəkləyirik”.
Volker bildirib ki, ABŞ Ukraynada seçilən istənilən prezidentlə işləməyə hazırdır. Vaşinqton Ukraynada demokratiyanın möhkəmlənməsini, islahatlar aparılmasını, korrupsiya ilə mübarizənin davam etdirilməsini, ölkənin Qərbə inteqrasiyasını dəstəkləyir.
Son xəbərlər
Son Xəbərlər