Ukrayna prezidenti Petro Poroşenko 2019-cu ildə birgə beynəlxalq təlimlər üçün ölkə ərazisinə xarici qoşunların buraxılması haqda qanunu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncam barədə məlumat Ali Radanın rəsmi saytında yer alıb. Qanun prezidentin imzası ilə martın 6-da Radaya təqdim edilib.
Qanunda xüsusilə “Rapid Trident-2019”, “Sea Breeze-2019” Ukrayna-Amerika, “Riverine-2019” Ukrayna-Rumıniya, "Warrior Watcher-2019” Ukrayna-Britaniya təlimləri nəzərdə tutulur.
Rada qanun layihəsini fevralın 26-da qəbul edib.
Son xəbərlər
Son Xəbərlər