Poroşenko yenə sorğuya çağırıldı

porosenko-yene-sorguya-cagirildi
Oxunma sayı: 893

Dövlət Təhqiqat Bürosu (QBR) Ukraynanın keçmiş Prezidenti, deputat Petro Poroşenkonu yenidən sorğuya çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“Dövlət Təhqiqat Bürosu, bir sıra cinayət işlərinin məhkəmədən əvvəl istintaqını aparır, bunun üçün sizi şahid kimi dindirmək lazımdır”, - deyə məlumatda vurğulanıb.

Poroşenko 21 və 24 yanvar tarixlərində dindirilməlidir. 

Qeyd edək ki, Dövlət Təhqiqat Bürosu Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 12 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.