Poroşenko Zelenski ilə debata hazırdır - Vaxtı açıqladı

porosenko-zelenski-ile-debata-hazirdir
Oxunma sayı: 1380

Ukrayna prezidenti Petro Poroşenko prezidentliyə iddialı namizəd Vladimir Zelenskininin debat çağırışına cavab verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Poroşenko debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyib:

“Düşünürəm ki, saat 19:00 və ya 20:00 ən yaxşı vaxtdır”.