Poroşenkodan oğluna 9,5 milyonluq hədiyyə

porosenkodan-ogluna-95-milyonluq-hediyye
Oxunma sayı: 3694

Ukrayna prezidenti Petro Poroşenko oğlu, “Həmrəylik” blokundan olan deputat Aleksey Porşonekoya dəyəri 9,5 milyon qriven (təxminən 600 min manat) olan əmlak bağışlayıb.

“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, ümumi sahəsi 1331 kv.m olan əmlak Kiyevdə yerləşir.

Satınalma 2017-ci ildə həyata keçirilsə də, fakt yeni ortaya çıxıb.

Hazırda həmin əmlakın dəyərinin 30 milyon qriven olduğu bildirilir.