Poroşenkodan Rusiya ilə bağlı daha bir - Qadağa

porosenkodan-rusiya-ile-bagli-daha-bir-
Oxunma sayı: 1565

Ukrayna prezidenti Petro Poroşenko Rusiya filmlərinin nümayişi ilə bağlı qoyduğu qadağanın miqyasını genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının qərarına əsasən, artıq yalnız bədii filmlər deyil, həm də teleseriallar, proqramlar və verilişlərinin nümayişi qadağan edilir. Bu addımın “İnformasiya sahəsində Ukraynanın milli təhlükəsizliyinin qorunması səviyyəsinin yüksəldilməsinə” kömək etdiyi deyilir.

Qeyd edək ki, Ali Radanın bu il fevralın 5-də qəbul etdiyi qanuna görə Ukrayna ərazisində Rusiya əsgərləri və polislərindən bəhs edən, eləcə də 2014-cü il yanvarın 1-dən sonra istehsal olunan Rusiya filmlərinin nümayişi qadağan edilib.

Aysel Kərimova