"Qafqazinfo" ANS TV-yə istinadən xəbər verir ki, Ali Radaya təqdim olunan qanun layihəsində hələlik adı açıqlanmayan rayonların özünüidarə hüququna sahib olması nəzərdə tutulur. Qanun layihəsi mart ayının 17-18-i səsverməyə çıxarılacaq.
Ali Radaya təqdim olunan qanun Donbasda yeni sərhədlərin müəyyən edilməsi, eyni zamanda atəşkəs rejiminə nəzarəti də asanlaşdıracaq.
Fevralın 12-də Belarusun paytaxtı Minskdə atəşkəsə dair əldə olunan razılaşmanın şərtlərindən biri də Ukraynada bəzi rayonların özünüidarə hüququna sahib olması məsələsi də var idi.
Hazırda təmas xəttində atəşkəs müşahidə olunur. Ötən gün üsyançıların nəzarət etdiyi Debaltsevo şəhərində istehkamçılar bölgələri minadan təmizləməyə başlayıblar.
Debaltsevo şəhəri uğrunda uzun müddət döyüşlər getdikdən sonra rəsmi Kiyev qoşunların şəhərdən çıxması əmrini verdi.
Son xəbərlər
Son Xəbərlər