Poroşenkonun baş nazir vəzifəsinə 2 namizədi var

porosenkonun-bas-nazir-vezifesine-2-namizedi-var
Oxunma sayı: 3728

Ukrayna prezidenti Petro Poroşenko baş nazir vəzifəsinə iki şəxsi namizəd gördüyünü açıqlayıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezident maliyyə naziri Nataliya Yaresko və Lvov şəhər meri Andrey İvanoviç Sadoviyi bu vəzifəyə namizəd gördüyünü bildirib. Bu barədə Poroşenkonun mətbuat katibi Svyatoslav Çeqolko “Facebook” səhifəsində yazıb.

“Bu gün prezident fraksiya liderləri ilə, xüsusilə, “Vzaimopomoşi”nin lideri Andrey Sadoviylə görüş keçirib. Prezidentin bütün siyasi liderlərlə görüşlərinin məqsədi siyasi krizisdən çıxış yolları tapmaqdır. Hamıya məlumdur ki, yeni hökumətin formalaşdırılması üçün yeni koalisiya lazımdır. Bunun üçün bir neçə variant var: Yareskonun başçılığı ilə texnokratik hökumət və ya A. Sadoviyin rəhbərlik etdiyi siyasi hökumət”, -deyə S. Çeqolko qeyd edib.