Ukrayna prezidenti Petro Poroşenkonun Donetsk əyalətində çıxışı zamanı hərbçi huşunu itirib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, orduya yeni daxil olan silahlardan danışan Poroşenko çıxışını yarımçıq qoyaraq səhhəti pisləşən qızı götürməkdə hərbçilərə yardım edib.
On dəqiqə sonra özünə gələn xanım hərbçi yenidən sıraya qayıdıb və özünü normal hiss etdiyini deyib.
Qeyd edək ki, bu, Ukrayna prezidentinin çıxışı zamanı yaşanan ilk oxşar hal deyil.
Son xəbərlər
Son Xəbərlər