Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun dövlətə xəyanət işi üzrə həbs-qətimkan tədbirinə baxan Kiyevin Peçerski Rayon Məhkəməsinin hakimi Aleksey Sokolovun halı pisləşib və ona təcili yardım çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “24” telekanalı məlumat yayıb.
Məlumata görə, hakimin təzyiqi yüksəlib. Bu, məhkəmə prosesi başa çatanda və hakim qərar qəbul etmək üçün müşavirə otağına daxil olanda baş verib.
***
Məhkəmə ofisindən strana.ua-ya verilən açıqlamaya görə, yazılanlar həqiqəti əks etdirmir:
"Peçerski Rayon Məhkəməsinin hakimi müşavirə otağındadır, onun xəstə olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Məlumatı kimin yaydığını bilmirik".
Son xəbərlər
Son Xəbərlər