Poroşenkonun mülkünə həbs qoyula bilər

porosenkonun-mulkune-hebs-qoyula-biler
Oxunma sayı: 752

Ukraynanın eks-prezidenti Petro Poroşenkonun mülkünə iyun ayında həbs qoyula bilər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hüquqşünas Andrey Portnov “Newsone” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bunu etmək üçün, baş prokurordan başqa, heç bir hüquqi maneyə yoxdur.  

Daha əvvəl isə Dövlət İstintaq Bürosu Portnovun bəyanatı əsasında Poroşenkoya qarşı bir neçə cinayət işi açmışdı. Ukraynanın eks-prezidenti isə açıqlamasında heç bir cinayət işindən qorxmadığını bildirmişdi.