Poroşenkonun partiyasının adı dəyişdi

porosenkonun-partiyasinin-adi-deyisdi
Oxunma sayı: 1190

 Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun partiyası adında dəyişiklik edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, “Petro Poroşenkonun “Həmrəylik” bloku” “Avropa həmrəyliyi” ilə əvəz olunub.

Qərar partiya qurultayında qəbul olunub. Növbəti qurultay mayın 31-də keçiriləcək.