Poroşenkonun prezidentliyə namizədliyi təsdiqləndi

porosenkonun-prezidentliye-namizedliyi-tesdiqlendi
Oxunma sayı: 729

Ukrayna Mərkəzi Seçki Komissiyası Petro Poroşenkonu prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçirib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bununla da bu günə qədər qeydiyyatdan keçmiş namizədlərin sayı 41-ə çatıb.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin qeydiyyatdan keçməsi prosesi fevralın 8-də bitəcək.