Poroşenkonun tərəfdaşı oteldə güllələndi

porosenkonun-terefdasi-otelde-gullelendi
Oxunma sayı: 1580

Ukrayna Ali Radasının “Petro Poroşenkonun bloku” fraksiyasından olan millət vəkili Aleksandr Urbanskiyə odlu silahdan atəş açılıb.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o, Odessada oteldə ayağından güllələnib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bir neçə mərmi aşkarlayıblar.

Faktla bağlı cinayət işi açılıb.