Məşhur ukraynalı model Alina Baykova Ukrayna prezidenti olmaq istəyi ilə bağlı növbəti dəfə açıqlama verib.
“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, model Kannda xeyriyyə tədbiri keçirib və bildirib ki, mütamadi olaraq təşkil etdiyi belə kampaniyalardan məhz Ukraynada xəstə uşaqların müalicəsi üçün vəsait toplayır. O, öz ölkəsi naminə daha geniş işlər görmək istədiyini bildirib və prezidentlik iddiasının gündən-günə gücləndiyini qeyd edib:
“Açığını desək, Ukraynada qarışıqlıqdı. Mən keçən dəfə demişdim ki, bu məsələni artıq həll etmək lazımdır. Dostlarıma da demişəm: “40 yaşım olanda mən Ukrayna prezidenti olacağam”. Biz seçdiyimiz hər şəxsə inanırıq, bizdə demokratiya var. Amma bu demokratiya düzgün deyil. Mən Ukraynada nəyin dəyişməli olduğunu bilirəm. Düzdür, ola bilər ki, bu sözü prezident olmaq istəyən hər şəxs desin. Amma sıravı vətəndaşlar Ukraynada nə baş verdiyini başa düşə bilməzlər. Biz Avropayıq, bizim yaxşı ölkə olmağa potensialımız var. Tutaq ki, orada Rusiya da var, amma müharibə olmamalıdır. Biz hər kəslə dostluq münasibətləri saxlamağa borcluyuq”.
Qeyd edək ki, Alina Baykova hazırda Nyu-Yorkda yaşayır və model biznesə ilə məşğuldur.







Son xəbərlər
Son Xəbərlər