Poroşenkoya dövlət bayrağını dəyişdirməklə bağlı - Petisiya

porosenkoya-dovlet-bayragini-deyisdirmekle-bagli
Oxunma sayı: 1738

Ukrayna prezidenti Petro Poroşenkoya dövlət bayrağının dəyişdirilməsi ilə bağlı müraciət ünvanlanıb.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bununla bağlı prezidentin rəsmi saytında petisiya yerləşdirilib.

Petisiyanın müəllifi Nadejda Kaşiçkayadır.

Onun fikrincə, bayraqdakı rənglərin ardıcıllığı dəyişilməlidir. Belə ki, yuxarıda yaşıl rəng olmalıdır, göy rəng isə aşağıda olmalıdır: “Rənglərin bu cür yerləşimi əbədi simmetriyanı əks etdirməklə yanaşı bu elementlərin harmoniyasını təşkil edəcək”.

Poroşenkonun təklifi dəyərləndirməsi üçün azı 25 min insan petisiyaya səs verməlidir.

Xatırladaq ki, bir neçə gün öncə P. Poroşenkodan ölkənin himnində dəyişiklik etmək üçün petisiya hazırlanıb. 

Petisiyada qeyd olunur ki, himndəki “Ukrayna hələ ölməyib” (“Ще не вмерла Україна”) ifadəsi çıxarılsın. Çünki bu, qəbul edilməz haldır və vətənpərvərliyi əks etdirmir.