Ötən il Ukrayna prezidenti Petro Poroşenkoya qarşı 11 sui-qəsd cəhdi olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Mühafizə İdarəsinin rəhbəri Valeri Qeletey bildirib: “2018-ci ildə təkcə prezidentimizə qarşı 11 sui-qəsd cəhdi olub”.
Qeletey sui-qəsdlərin təfərrüatını açıqlamasa da, hüquq mühafizə orqanlarının kəşfiyyat orqanları, polis şöbələri, təhlükəsizlik xidməti ilə əlaqəli işlədiyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər