Poroşenkoya qarşı daha 2 cinayət işi açıldı

porosenkoya-qarsi-daha-2-cinayet-isi-acildi
Oxunma sayı: 972

Ukraynanın Milli Antikorrupsiya Bürosu (MAB) ölkənin sabiq Prezidenti Petro Poroşenkoya qarşı daha iki cinayət işi açıb.

“Qafqazinfo”nun “Strana.ua” saytına istinadən məlumatına görə, siyasətçi “Dövlət vəsaitinin mənimsənməsi” və “Çirkli pulların yuyulması”nda günahkar bilinir. MAB Ali Antikorrupsiya Məhkəməsinin qərarına əsaslanıb.

Qeyd edək ki, daha əvvəl Poroşenkoya qarşı ondan çox cinayət işi açılıb.