Poroşenkoya qarşı daha bir cinayət işi açıldı

porosenkoya-qarsi-daha-bir-cinayet-isi-acildi
Oxunma sayı: 846

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya qarşı növbəti cinayət işi açılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, keçmiş başçı bu dəfə 2016-cı ildə qanunsuz olaraq Nazirlər Kabinetinin təşkilində ittiham olunur. Bu səbəbdən Poroşenkoya və Ali Radanın spikeri Andrey Parubiyaya qarşı cinayət işi açılıb.

Bunun Poroşenkoya qarşı açılmış sayca 5-ci cinayət işi olduğu bildirilir.