Poroşenkoya sui-qəsd planı

porosenkoya-sui-qesd-plani
Oxunma sayı: 1260



“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko özünün “Facebook” səhifəsində məlumat verib. S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. 

Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: “Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb”.

 Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.
 Xatırladaq ki, P. Poroşenko iyulun 8-də Slavyansk şəhərinə gedib və yerli sakinlər, eləcə də hərbçilərlə görüşüb.