“Porsche” aşdı - Ölən var

porsche-asdi
Oxunma sayı: 814

Tovuzda ağır yol qəzası baş verib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Porsche” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb.
 
Qəza zamanı bir nəfərin öldüyü, iki nəfərin isə yaralandığı bildirilir. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.