“Port Baku”da hindistanlının meyiti tapıldı

port-bakuda-hindistanlinin-meyiti-tapildi
Oxunma sayı: 3020

Bakıda Hindistan vətəndaşının meyiti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 2-də Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Ahharval Akansh Arun Kumar oğlunun meyiti müvəqqəti yaşadığı “Port Baku Residence” yaşayış kompleksində yerləşən mənzildə tapılıb. 

Onun meyiti üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Araşdırma aparılır.

Murad Əhməd