Portuqaliya Almaniyaya qarşı

portuqaliya-almaniyaya-qarsi
Oxunma sayı: 2237

Bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci turun daha 3 oyunu keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, matçlardan ikisi F, biri isə E qrupunda oynanılacaq. Əvvəlcə F qrupunda Macarıstan və Fransa yığmaları üz-üzə gələcək.  Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüşdə Fransa qələbə qazanacağı təqdirdə 1/8 finala yüksələcək. 

Qrupun digər oyununda son çempion Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Portuqaliya da rəqibini məğlub etsə, pley-offa vəsiqəni təmin edəcək. 

Günün son matçında Polşa İspaniya ilə qarşılaşacaq. 

19 iyun

F qrupu, II tur

17:00. Macarıstan - Fransa Baş hakim: Maykl Oliver (İngiltərə)

Budapeşt. "Puşkaş Arena"

20:00. Portuqaliya - Almaniya Baş hakim: Entoni Teylor (İngiltərə)

Münhen. "Münhen Arena"

E qrupu

23:00. İspaniya - Polşa

Baş hakim: Daniele Orsato (İtaliya)

Sevilya. "Estadio La Cartuja" stadionu