Portuqaliya çempionatı bu tarixdə bərpa olunacaq

portuqaliya-cempionati-bu-tarixde-berpa-olunacaq
Oxunma sayı: 1362

Mart ayında koronavirus səbəbindən təxirə salınan Portuqaliya liqasının bərpasına qərar verilib.

"Qafqazinfo" xəbər verir ki, Portuqaliya Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə çempionatın iyunun 4-ü yenidən başlayacağını açıqlayıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 60 xalla “Portu” başçılıq edir.  “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.