Portuqaliya çempionatı mayda bərpa ediləcək

portuqaliya-cempionati-mayda-berpa-edilecek
Oxunma sayı: 1129

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə Portuqaliya çempionatının taleyi məlum olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, çempionat davam etdiriləcək.

Ölkənin futbol federasiyası və klublarla aparılan müzakirələrdən sonra çempionatın davam etdirilməsi qərara alınıb. Liqanın mayın son həftəsində başlaması gözlənilir. Oyunlar azarkeşsiz keçiriləcək.