Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, mərhələnin son görüşündə Portuqaliya və İsveçrə üz-üzə gələcək.
Matç saat 23:00-da başlayacaq.
DÇ-2022
1/8 final
23:00. Portuqaliya – İsveçrə
***
Komandaların start heyətləri açıqlanıb. Portuqaliya millisini ulduz futbolçusu Kriştiano Ronaldo ehtiyatda qalıb.
Portuqaliya: Dioqo Koşta, Pepe, Dioqo Dalot, Ruben Diaş, Rafael Gerreyro, Vilyam Karvalyo, Bernardo Silva, Otavio Monteyro, Bruno Fernandeş, Qonsalo Ramuş, Joau Feliks
İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas
***
Matç başladı.
***
17-ci dəqiqədə Portuqaliya hesabı açır. Qonsalo Ramos fərqlənir.
***
33-cü dəqiqədə hesab 2:0 olur. Pepe fərqlənir.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
51-ci dəqiqədə Ramos dubl edir - 3:0.
***
55-ci dəqiqədə Rafael Guerreiro hesabı 4:0 edir.
***
3 dəqiqə sonra Akanji hesab arasındakı fərqi azaldır - 4:1.
***
5:1! 67-ci dəqiqədə Ramos het-trik edir!
***
90+2-ci dəqiqədə Rafael Leao hesabı 6:1-ə çatdırır.
***
Qarşılaşma başa çatır. Portuqaliya darmadağınla 1/4 finala adlayır.