Portuqaliya Prezidenti Marselu Rebelu di Souza koronavirusa yoluxub.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilib.
Portuqaliyalı liderdə koronavirus simptomlarının olmadığı qeyd olunur.
Yaxın vaxtlarda Prezidentin iştirakı ilə nəzərdə tutulan tədbirlər ləğv edilib.
Respublikanın Baş Səhiyyə İdarəsinin məlumatına əsasən, Portuqaliyada 489 mindən çox insan koronavirusa yoluxub, 7 925 nəfər bu virusun qurbanı olub.
Son xəbərlər
Son Xəbərlər