Portuqaliya Sloveniyaya qarşı - Fransa Belçika ilə üz-üzə

portuqaliya-sloveniyaya-qarsi
Oxunma sayı: 2716

Almaniyada keçirilən Avropa çempionatında 1/8 final həyəcanı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.

Əvvəlcə Fransa və Belçika yığmaları üz-üzə gələcəklər. Günün digər oyunu Portuqaliya ilə Sloveniya arasında baş tutacaq.

Qeyd edək ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024

1/8 final

1 iyul

20:00. Fransa – Belçika

Baş hakim: Qlenn Nyuberq (İsveç).

23:00. Portuqaliya – Sloveniya

Baş hakim: Daniele Orsato (İtaliya).