Bu gün Qətər-2022 dünya çempionatının daha 2 iştirakçısının adına aydınlıq gələcək.
“Qafqazinfo” xəbər verir ki, Avropa zonası üçün seçmə mərhələnin pley-off raundunun yarımfinalında Türkiyəyə qalib gələn Portuqaliya Şimali Makedoniya ilə qarşılaşacaq.
Digər matçda isə Polşa və İsveç üz-üzə gələcək.
DÇ-2022, pley-off mərhələsi
Final
29 mart
22:45. Portuqaliya - Şimali Makedoniya
Portu, “Draqau” stadionu.
22:45. Polşa - İsveç
Xojuv, “Şlyonski” stadionu
***
Portuqaliya Şimali Makedoniyaya 2:0, Polşa da İsveçə 2:0 hesabı ilə qalib gələrək DÇ-2022-yə vəsiqə qazanıblar.
Qeyd edək ki, sonuncu final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
29 mart
22:45. Portuqaliya - Şimali Makedoniya - 2:0
Qollar: Brunu Fernandeş, 32, 65
Portu, "Draqau" stadionu
22:45. Polşa - İsveç - 2:0
Qollar: Levandovski, 50-pen, Zielinski, 73
Xojuv, "Şlyonski" stadionu
Son xəbərlər
Son Xəbərlər