Portuqaliyada yanğında ölənlərin sayı 63-ə çatıb

portuqaliyada-yanginda-olenlerin-sayi-63-e-catib
Oxunma sayı: 685

Portuqaliyada dağlıq bölgədə üç gündür davam edən meşə yanğınlarında ölənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 63-ə yüksəlib, yaralı sayı isə 135 olub. 

Portuqaliya hökuməti son ölən şəxsin xəstəxanaya yerləşdirilən xilasetmə xidmətinin əməkdaşı olduğunu açıqlayıb. 

DİN ölənlərdən 16-sının avtomobilində köməksiz vəziyyətdə qalaraq can verdiyini bildirib. 

Ümumilikdə yanğınsöndürmə əməliyyatına 2150 nəfər qoşulub. Qurudan 662 avtomobil, havadan isə 5 təyyarə dəstək olur.