Portuqaliyalılar azərbaycanlı azarkeşlər üçün bu qədər bilet ayırdı

portuqaliyalilar-azerbaycanli-azarkesler-ucun-bu-qeder-bilet-ayirdi
Oxunma sayı: 2292

Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq “Qarabağ”ın azarkeşləri üçün 1500 bilet ayrılıb.

Klubun mətbuat xidmətindən“Qafqazinfo”ya verilən məlumata görə, həmin biletlər matçdan 2 saat öncə satışa çıxarılacaq. 

Bileti əldə etmək istəyənlər stadiondakı kassalara yaxınlaşaraq əldə edə biləcəklər. 

Qeyd edək ki, “Braqa” – “Qarabağ” oyunu fevralın 15-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.