Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blazeviç Avropa Çempionatının 1/8 final mərhələsi haqqında danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu mərhələdə baş tutacaq Xorvatiya – Portuqaliya matçından danışıb. Blzaeviç Portuqaliya millisinə nifrət etdiyini bildirib. Təcrübəli məşqçi bunu belə izah edib: “Mən Portuqaliyaya 1982-ci ildən nifrət edirəm. Zaqreb “Dinamo”sunun baş məşqçisi olanda Avropa Çempionlar Kubokunda “Sportinq”lə üz-üzə gəlmişdik. Həmin oyunda rəqib hakimi almışdı və referi bizim təmiz iki qolumuzu saymadı. Bu qolların ikisi də qaydalar çərçivəsində vurulmuşdu. Amma hakim Lissabon klubunun üzvlərinin qərarı ilə qolları ləğv etmişdi. Mən ondan sonra Bosniya və Herseqovina millisinə baş məşqçi təyin olundum. Portuqaliya ilə üz-üzə gəldik. Hakimi yenə də öz tərəflərinə çəkmişdilər. Referi həmin oyunda da qolumuzu saymadı. Portuqaliyalılar düzgün insanlar deyil, onlar futbol nədir bilmirlər”.
Son xəbərlər
Son Xəbərlər