Portuqallar üçün “qorxulu yuxu” - Fransa

portuqallar-ucun-qorxulu-yuxu
Oxunma sayı: 1928

Avropa Çempionatının finalında turnirin öncədən əsas favortiləri sayılmayan 2 komanda qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, Fransa Portuqaliya ilə üz-üzə gələcək.

Fransızların meydan sahibi olması onların həlledici görüşə qədər gəlib çıxacağına ümid verirdisə, portuqalların oyunu və heyəti buna əsas vermirdi. Amma prineylilər bunu bacardı.

Portuqaliya və Fransa indiyə qədər 24 dəfə üz-üzə gəliblər. Fransa 18, Portuqaliya 5 qələbə qazanıb. Cəmi 1 matç heç-heçə bitib. Son 10 oyunda Portuqaliya Fransaya qalib gələ bilmirəm. Sonuncu dəfə 1975-ci ildə qələbə qazanan Prineylilər 1978-ci ildə keçirilən görüşdən bu tərəfə qalibiyyətə həsrətdirlər. Maraqlıdır ki, Portuqaliya bu matçların hamısını uduzub.

Portuqaliya Avropa Çempionatının finalına 12 il sonra vəsiqə qazanıb. 2004-cü ildə öz ölkələrində qalib olmaq şansı qazanan, lakin Yunanıstana 1:0 hesabı ilə uduzan yarımada təmsilçiləri bu dəfə qızıl medallara sahib çıxmaq istəyir. Portuqalların ulduz futbolçusu Kriştianu Ronaldo da bu barədə danışıb: “Mənim üçün fərqli final olacaq. 12 il əvvəl 18 yaşım var idi və qitə birinciliyində debüt etmişdim. İndi isə təcrübəli futbolçuyam. Həmişə Portuqaliya üçün nəsə etməyə çalışmışam. Bu fürsət indi əlimə düşüb. Ümid edirəm ki, kubokla birlikdə evə dönəcəyik”.

Yarımfinalda Almaniya üzərində qələbənin memarı olan Antuan Qrizman isə öz çıxışlarını fantastik adlandırıb: “Biz fantastik çıxış edirik. Mənim üçün qitə turnirində təcrübə qazanmaq da əla oldu. Evə azarkeşlərimizi daha böyük gözəlliyə qərq etməli, xəyallarımızı reallaşdırmalıyıq”.

18.04.1926. Fransa – Portuqaliya – 4:2
16.03.1927. Portuqaliya - Fransa – 4:0
29.04.1928. Fransa – Portuqaliya – 1:1
24.03.1929. Fransa – Portuqaliya – 2:0
23.02.1930. Portuqaliya - Fransa – 2:0
28.01.1940. Fransa – Portuqaliya – 3:2
14.04.1946. Portuqaliya - Fransa – 2:1
23.03.1947. Fransa – Portuqaliya – 1:0
23.11.1947. Portuqaliya - Fransa – 2:4
20.04.1952. Fransa – Portuqaliya – 3:0
24.03.1957. Portuqaliya - Fransa – 0:1
11.11.1959. Fransa – Portuqaliya – 5:3
03.03.1973. Fransa – Portuqaliya – 1:2
26.04.1975. Fransa – Portuqaliya – 0:2
08.03.1978. Fransa – Portuqaliya – 2:0
16.02.1983. Portuqaliya - Fransa – 0:3
23.06.1984. Fransa – Portuqaliya – 3:2
24.01.1996. Fransa – Portuqaliya – 3:2
22.01.1997. Portuqaliya - Fransa – 0:2
28.06.2000. Fransa – Portuqaliya – 2:1
25.04.2001. Fransa – Portuqaliya – 4:0
05.07.2006. Fransa – Portuqaliya – 1:0
11.10.2014. Fransa – Portuqaliya – 2:1
04.09.2015. Portuqaliya - Fransa – 0:1

Elsevər