Postmodernist gənclərin nəzərinə- - Yeni layihə

postmodernist-genclerin-nezerine-
Oxunma sayı: 1083


“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə “Qafqazinfo”nun birgə layihəsi “Azərbaycan ədəbiyyatında postmodernizm” adlanır. Layihə 4 ay davam edəcək və postmodernizm ədəbiyyatının təbliğinə həsr olunacaq. Eyni zamanda gənc postmodernist və postmodernizm cərəyanında sözünü deyən yazarların yazıları dərc olunacaq və sorğular keçiriləcək.

Layihədə iştirak etmək istəyən gənclər Qafqazinfonun [email protected] poçtuna və Facebookdakı səhifəmizə yazılarını göndərə bilərlər. Yazılarını göndərən müəlliflərdən xahiş olunur ki, özləri haqda kiçik informasiya və foto göndərməyi unutmasınlar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.