“44 günlük Vətən müharibəsindən sonra icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edərək onlara 166 min xidmət göstərilib. O cümlədən, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə 103 min sosial ödəniş təyin olunub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir şəhid ailələri və müharibə əlillərinə postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 mənzil və fərdi ev, müharibə əlillərinə son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 minik avtomobili verildiyini qeyd edib.
O, postmüharibə dövrü üzrə sosial dəstək paketi çərçivəsində Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunduğunu da diqqətə çatdırıb.
“1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. 11 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilib. Vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 30 mindən çox şəxsə xidmətlər göstərilib”, - deyə S.Babayev əlavə edib.
Son xəbərlər
Son Xəbərlər