Pozner Gürcüstana qayıdacağına söz verdi

pozner-gurcustana-qayidacagina-soz-verdi
Oxunma sayı: 1707

Gürcüstana gəlişi etirazlarla qarşılanan rusiyalı aparıcı Vladimir Pozner yenidən Tbilisiyə qyaıtmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz saytında yazıb.

Pozner bildirib ki, Gürcüstan müxalifəti onun gəlişini fürsət bilib, “şabaş” təşkil edib:

“Avtobusa yumurta atdılar, restorananın divarlarına vurdular, otelin pəncərəsi altında qışqırdılar və mən getmək qərarına gəldim. Dostlarımı niyə təhlükəyə atım? Biz Moskvaya qayıtdıq və doğum günümü möhtəşəm qeyd etdik. Tbilisi təcrübəsi qəribə görünsə də, əslində bizə kömək oldu”.

Jurnalist qeyd edib ki, Gürcüstana və gürcü xalqına kin bəsləmir.

“Bundan əlavə, mən fəxri kaxetiyalıyam, əlbəttə Gürcüstana yenidən gedəcəm – bu, qeyd-şərtsizdir. Yumurta atmağı sevənlər isə, üstəlik belələrinə yaxşı pul ödəyirlərsə, bütün ölkələrdə var. Əslində onlara fikir verməyə dəyməz”, - deyə Pozner əlavə edib.

Xatırladaq ki, Poznerin 87 yaşını qeyd etmək üçün Gürcüstana gəlməsi etirazlarla qarşılanmışdı. Buna səbəb Poznerin daha əvvəl Gürcüstanın ərazi bütövlüyünü tanımadığını bildirməsi olub.