Poznerin qaldığı ikinci hotel yumurta atəşinə tutuldu

poznerin-qaldigi-ikinci-hotel-yumurta-atesine-tutuldu
Oxunma sayı: 2121

Tbilisidə rusiyalı jurnalist Vladimir Poznerin ölkəyə gəlişinə etiraz edən aksiyaçılar onun qaldığı “Rooms hotel”i yumurta atəşinə tutub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 87 yaşını qeyd etmək üçün Gürcüstana gələn Pozner və dostları daha əvvəl qaldıqları “Vinotel” mehmanxanasını tərk edərək “Rooms hotel”ə getmişdilər.

Etirazçılar Gürcütsanın ərazi bütövlüyünü tanımayan rusiyalı jurnalist ölkədən çıxarılmayınca aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Artıq Batumidə də Poznerin gəlişinə etiraz olaraq aksiya keçirilir.