“Pozuntular olurdu, rəhbərliyin göstərişi idi deyə etiraz etmirdim”

pozuntular-olurdu-rehberliyin-gosterisi-idi-deye-etiraz-etmirdim
Oxunma sayı: 1310

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə Beynəlxalq Bankın Nağdsız Hesablaşmalar Departamentinin direktoru Elşən Məmmədzadə ifadə verib. O deyib ki, kreditləri rəhbərliyin tapşırığı ilə ayırıblar: “Həmin vaxt Kreditorlar Komitəsinin üzvü idim. Bizə tapşırılmışdı ki, Dünyamin Xəlilovun şirkətlərinə kredit verək. Kreditlər ayrılanda pozuntular olurdu, amma etiraz etmirdim, çünki demişdilər rəhbərliyin göstərişi belədir”. 

Məhkəmədə məlum olub ki, 18 yaşından bəri bankda işləyən və hazırda yüksək vəzifə tutan E.Məmmədzadənin ali təhsili yoxdur. 

Murad Əhməd